Ən bahalı italyan futbolçu İngiltərədə mərc oynadığı üçün cərimələnib
Ən bahalı italyan futbolçu İngiltərədə mərc oynadığı üçün cərimələnib
“Nyukasl”ın italiyalı yarımmüdafiəçisi Sandro Tonali mərclərlə bağlı oyun qaydalarını pozduğuna görə 20 min funt sterlinq (təxminən 42,5 min manat) cərimə və iki aylıq diskvalifikasiya ilə cəzalandırılıb.
Bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) saytında məlumat yayılıb.
Tonali 2024/25 mövsümünün sonuna qədər mərc qadağası ilə bağlı qaydanı yenidən pozarsa, onun cəzası qüvvəyə minəcək.
Komissiyanın qərarında qeyd olunub ki, oktyabrda İtaliya federasiyası (FIGC) artıq Tonalini on ay müddətinə futboldan uzaqlaşdırıb və İngiltərədə o, altı aydan çox olmayan diskvalifikasiya alacaqdı, ona görə də onu iki dəfə cəzalandırmağın mənası yox idi.
FIGC-nin qərarından bir neçə ay sonra, mart ayında FA Tonali ilə bağlı məsələni qaldırdı. O, 12 avqust-12 oktyabr 2023-cü il tarixləri arasında, artıq “Nyukasl”ın oyunçusu olduğu vaxtda 50 mərcdə, eləcə də yeni komandasının matçlarına mərc etməkdə ittiham edilib.
Mənbə: rbc.ru