Şimali İrlandiyada ilk dəfə millətçilər hökuməti idarə edəcəklər
Milli Respublikaçılar Partiyası “Şinn Feyn” tarixdə ilk dəfə Şimali İrlandiya hökumətinə rəhbərlik edəcək.
Assambleyanın (regional parlament) qərarı ilə partiya rəhbəri Mişel O’Nil regionun birinci naziri vəzifəsinə təyin edilib.
Bundan sonra Demokratik Birlik Partiyası (DUP) hakim koalisiyada azsaylı üzv kimi çıxış etməli olacaq. Bu, Şimali İrlandiyada millətçilər və yunionistlər (ittifaqçılar) arasındakı güc bölgüsü prinsipinə uyğun olaraq həyata keçiriləcək.
Xatırladaq ki, hələ 2022-ci ilin may ayında İrlandiyanın birləşməsini müdafiə edən “Şinn Feyn” tarixdə ilk dəfə Assambleya seçkilərində qalib gəlib.
Mənbə: TASS