Oklahomada GÜCLÜ ZƏLZƏLƏ – FOTO/VİDEO
Oklahomada GÜCLÜ ZƏLZƏLƏ – FOTO/VİDEO
ABŞ-nin Oklahoma ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 681 min nəfər əhalisi olan Oklahoma Siti şəhərindən 71 km şimal-şərqdə yerləşib. Ocaq 6 km dərinlikdə qeydə alınıb.
İtkilər və dağıntılar barədə məlumat yoxdur.