Rusiya XİN-in sözçüsü: “Qərbin Ermənistana yardımı sabitliyi pozur”
“ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana maddi yardımının artırılması orada Qərb fəaliyyətinin sabitliyi pozan xarakterini təsdiqləyir”.
Oxu.Az xəbər verir ki, bunu həftəlik brifinqdə Baku TV-nin sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu cür təcrübələrin artıq keçirildiyi qonşu dövlətlərin və dünyanın digər ölkələrinin faktlarını, tendensiyalarını, təcrübələrini görməmək mümkün deyil. Milli yönümlü siyasət yürüdənlər, tarixi bilənlər, milli maraqlardan çıxış edənlər, siyasətdən müvəqqəti piar kimi istifadə etməyən, dövlət xadimi olanlar, ölkəsini və xalqını düşünənlər bundan kənar dura bilər”, – Zaxarova bildirib.
Rusiya XİN-in sözçüsü: “Qərbin Ermənistana yardımı sabitliyi pozur”