HƏMAS silahı nə zaman yerə qoyacağını açıqladı
Radikal HƏMAS hərəkatı Fələstin dövləti elan olunmayanadək silahı yerə qoymayacağını açıqlayıb.
Aztime.az xəbər verir ki, bu barədə hərəkatın rəsmi “Telegram” kanalında dərc edilmiş bəyanatda deyilir.
“Bir daha bildiririk ki, müqavimət hərəkatı milli və qanuni hüququmuzdur. Bu hüquq beynəlxalq konvensiyalar və normalar tərəfindən tanınır. İlk növbədə paytaxtı Şərqi Qüdsdə olan tam suveren, müstəqil Fələstin dövləti qurmaq hüququ bərpa olunmayana qədər bu haqdan imtina etmək olmaz”, – mətndə vurğulanır.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.