Bakıda halı pisləşən sürücü maşını sərnişin avtobusuna çırpdı – VİDEO
Bakıda halı pisləşən sürücü maşını sərnişin avtobusuna çırpdı – VİDEO
Paytaxtın Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Belə ki, minik avtomobilində olan sürücünün sükan arxasında halı pisləşib. Bu səbəbdən avtomobil idarəetmədən çıxaraq sərnişin avtobusuna çırpılıb.
Qəza nəticəsində Tbilisi prospektindən mərkəz istiqamətinə sıxlıq müşahidə olunur.