PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sına səfərdə məğlub olan Fransa PSJ-si stadionu Kilian Mbappesiz tərk edib.
Matçdan sonra Mbappe dopinq testindən keçməli olub. Daha sonra hava limanında komanda yoldaşlarına qoşulub.
Qeyd edək ki, görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu görüşdə yeganə qolu Niklas Füllkruq vurub.
Cavab oyunu mayın 7-də Parisdə keçiriləcək.
Mənbə: Gazeta.ru