Ərdoğanla Paşinyan arasında baş tutan görüşün bəzi detalları məlum olub
Türkiyə Prezidenti Rəcəb Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra qeyd edib ki, Ankara ilə İrəvan arasında əməkdaşlığın artırılmasına yönəlik addımların dəyərləndirilməsi aparılır.
Aztime.az xəbər verir ki, məlumatı Türkiyə prezidentinin mətbuat xidməti yayıb.
Məlumatda qeyd olunur ki, R.T.Ərdoğanla N.Paşinyan arasında baş tutan görüşdə Cənubi Qafqazda davamlı sabitlik və sülhə doğru atılan addımlar fonunda Türkiyə-Ermənistan münasibətləri müzakirə edilib.
Türkiyə prezident rəsmi Ankaranın bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini, bu prosesə töhfə verməyə davam edəcəyini vurğulayıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.