Pentaqon Ukraynaya AMRAAM raketlərini verəcək
ABŞ Müdafiə Nazirliyi nəhəng silah istehsalçısı olan “RTX Corporation”un (əvvəlki adı – “Raytheon Technologies”) törəmə şirkəti olan “Raytheon” ilə Ukrayna və bir sıra digər ölkələrə 3.5 milyard dollara qədər məbləğdə AMRAAM “hava-hava” tipli aviasiya raketlərinin (“Advanced Medium-range Air-to-Air Missile”) tədarükü üzrə müqavilə imzalayıb.
Aztime.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə qurumun press-relizində məlumat verilib.
Pentaqon bildirib ki, müqavilədə AMRAAM raketlərinin, telemetrik sistemlərinin, ilkin və sahə ehtiyat hissələrinin istehsalı, eləcə də istehsala texniki dəstək üzrə digər fəaliyyətlər nəzərdə tutulub.
Texnikanın istehsalının 2031-ci ilin üçüncü rübündə başa çatdırılması gözlənilir. Tədarüklər Danimarka, Belçika, Yaponiya, Niderland, Kanada, Finlandiya, Almaniya, Macarıstan, İspaniya, Polşa, İsveç, Tayvan, Litva, Böyük Britaniya, Avstraliya, İsveçrə, İsrail və Küveytə həyata keçiriləcək.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.