Bu il 300-dən çox şəxs adının dəyişdirilməsi üçün müraciət edib
“Bu il adların dəyişdirilməsi ilə bağlı Adlar və Soyadlar üzrə Xüsusi Komissiyada 300-dən çox müraciətə baxılıb”.
Aztime.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O bildirib ki, valideynlər tərəfindən qoyulan adların dəyişdirilməsi ilə bağlı qeydiyyat idarələrinə daha çox müraciət olunur:
“Qeyd olunduğu kimi, şəxs adlarının əsas xüsusiyyətlərindən biri ictimai yerlərdə, iş prosesində, nitqdə başqa sözlərə nisbətən daha çox işlənməsidir. İnsanlar adla bir-birinə müraciət edirlər. Hər bir xüsusi ad milli xüsusiyyətə malik olub, şəxsin hansı millətə aid olduğunu özündə ifadə etməlidir. Lakin valideynlər tərəfindən qoyulan adların dəyişdirilməsi ilə bağlı qeydiyyat idarələrinə daha çox müraciət olunur. Bu il bununla bağlı 300-dən çox müraciətə baxılıb. Gülüş doğuran, mənası aydın olmayan, orfoqrafik cəhətdən səhv yazılan bu adlar qeydiyyat idarələri tərəfindən dəyişdirilib”.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.