İran hökuməti güneyli gənci arvadından boşatmaq istəyir: Hökm çıxarıldı – FOTO
İran hökuməti güneyli gənci arvadından boşatmaq istəyir: Hökm çıxarıldı – FOTO
Qərbi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamını əsas gətirərək Sulduz (Nəqəde) şəhərində yaşayan vətəndaş cəmiyyəti fəalı və keçmiş siyasi məhbus Səccad Şəhirini həyat yoldaşından boşanmağa məhkum edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
“Vətəndaş cəmiyyəti ona ittiham ataraq həyat yoldaşından boşanmağa məcbur etdi”, – deyə güneyli jurnalist Pərviz Yari siyasi məhbusa qarşı çıxarılan bu qərar haqqında bildirib.
Qeyd edilib ki, Səccad Şəhiri 2018-ci ilin dekabrında həbs olunub. 2019-cu ilin fevralında isə sözügedən məhkəmə tərəfindən altı ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd olunub ki, bu qərarın çıxarılması İran hökuməti tərəfindən insanlara qarşı repressiyaların görünməmiş şəkildə artması sayılır.