Fransada Olimpiada ilə bağlı məxfi məlumatlar oğurlandı
Fransada Olimpiada ilə bağlı məxfi məlumatlar oğurlandı
Fransada Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı məxfi məlumatların olduğu notbuk logistika koordinatorundan oğurlanıb.
Hadisə Lilldəki “Pyer-Marua” stadionunda baş verib.
Notbuk və rəsmi vəsiqə olan çantanın koordinatorun şəxsi avtomobilindən olduğu bildirilir. Kompüterdə Lilldən cənub-şərqdə Villeneuve-d’Ascq kommunasında yerləşəcək Olimpiya kəndində təhlükəsizliyin təşkili ilə bağlı məlumatlar var idi.
Həmçinin koordinator iddia edir ki, onun keçidi qapıları açmır və məlumatlar notbukun özündə deyil, serverdə saxlanılıb. Oğurluqdan dərhal sonra bu cihazdan məlumatlara giriş bloklanıb.
Mənbə: Gazeta.ru